Millimizin oyununun vaxtı hava şəraitinə görə dəyişdirildi

Millimizin oyununun vaxtı hava şəraitinə görə dəyişdirildi
ÖLKƏ FUTBOLU 21 Fevral 2025 / 14:35 2644
-  A +

Azərbaycanın qadınlardan ibarət millisinin UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyununun vaxtı dəyişdirilib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Matç qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlamayacaq. Matçın saat 17:00-da başlaması gözlənilir.

Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner