"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 23-cü turunda "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qazandıqları matçdan danışıb.
QOL.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında deyib:
- Birinci hissədə taktiki planda bəzi səhvlərimiz oldu. Çətin, amma vacib qələbə idi. Futbolçularımı təbrik edirəm.
- Roderik Miller və Şəhriyar Əliyevin yoxluğu komandanın nəticələrinə təsir edir?
- Xeyr, belə deməzdim. Denis Marandiçini də əlavə etmək lazımdır. Amma hər zaman belə olur ki, komandaya yeni gələnlərin adaptasiya olması müəyyən vaxt alır. Oyunda müəyyən dəyişikliklər olur. Sistemi tətbiq etmək üçün vaxt lazım gəlir.
- Kristian Da Silvanın start heyətində olmaması limitlə bağlıdır?
- Bəli. O, yaxşı vəziyyətdədir, amma limit amili var.
- Sol cinahda Rüfət Əhmədovun yox, İsmayıl Zülfüqarlının oynamasının səbəbi nədir?
- Planlaşdırmışdıq ki, Rüfəti ikinci hissədə meydana buraxaq. İlk yarıda İsmayıldan aktivlik gözləyirdik. Amma o istədiyimiz aktivliyi göstərə bilmədi.
- Rəqib futbolçuya verilən qırmızı vərəqə ilə bağlı fikirləriniz necədir?
- Bildiyiniz kimi, hakimliklə bağlı sualları cavablandırmaq istəmirəm. Belə yanaşsaq, bundan əvvəlki oyunlarda da bizim əleyhimizə qərarlar olmuşdu. (sportal.az)
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama
Flikdən məğlubiyyət şərhi
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi
PSJ-də Kvaratsxeliya şoku - 9 ay oynamaya bilər
Nəhənglərin duelindəki 6 qol - Video
"Fənərbaxça" 2 xalı belə itirdi - Video