Ötən mövsüm Misli Premyer Liqasında oynamaq hüququ qazanan "Araz Naxçıvan" təmsil etdiyi Muxtar Respublikaya qayıdışı yubanmaqdadır.
QOL.az xəbər verir ki, komanda düz 1 il 6 aydır ki, ev oyunlarını doğma Naxçıvanda - 12 minlik stadionda deyil, Mərdəkanda, Xəzər çimərliyinə yaxın arenada keçirir. Həm də bomboş tribunaların önündə.
Kədərli mənzərədir.
Mərdəkanda boş tribunalar önündə ənənəvi oyunlardan biri
Halbuki "Araz Naxçıvan" birinci liqada ev oyunlarını Naxçıvanda keçirəndə biz tribunalara minlərlə azarkeşin toplaşdığına da şahid olurduq.
İndi isə Naxçıvan azarkeşləri doğma komandalarının oyunlarına yalnız "CBC Sport"da baxmaq məcburiyyətindədirlər.
Yeganə problem isə odur ki, Naxçıvan stadionu Premyer Liqanın standartlarına cavab vermir. Ən azı meydançanın örtüyü dəyişməlidir, işıqlandırma sistemi qurulmalıdır, TV yayımı üçün şərait yaradılmalıdır.
Düzdür, komanda liqanın çempionu olub yüksək liqaya vəsiqə qazandıqdan sonra elan edildi ki, arena bərpa olunacaq. Amma təəccüblüdür ki, aradan bu qədər vaxt keçib, stadionda işlərə isə başlanılmayıb. Nə vaxt başlanacağına dair isə nə məlumat var, nə də qərar.
Hətta Naxçıvan Futbol Federasiyasının prezidenti, iş adamı Zaur Axundov da vəziyyətin nə zaman düzələcəyini bilmədiyini deyir. O, bu gün mətbuatda yayımlanan müsahibəsində bu barədə sualı da cavablandırıb. Axundov əvvəlcə bu mövzuda haqqındakı tənqidlərə cavab olaraq söyləyib: "Tənqid edirlər, sağ olsunlar, amma stadionu mən tikməmişəm".
Arena Naxçıvanda Muxtar Respublikasının müvafiq dövlət qurumlarının balansındadır.
Zaur Axundov müsahibəsndə onu da deyir ki, stadiona baxış keçirilib: "Mən özüm də müəyyən şirkətlərlə danışmışam. Qazonu dəyişmək, işıqlandırma sistemini yeniləmək lazımdır. Soyunub-geyinmə otaqları yüksək səviyyədədir. Danışdığımız şirkətlər 3 ay vaxt istəyiblər. Amma dediyiniz kimi, tək məndən asılı olan məsələ deyil. Bu yaxınlarda Gənclər və İdman Nazirliyi də stadiona baxış keçirib. Artıq görüləcək işlərin planı hazırdır. Qərar verilməli və maliyyə ayrılmalıdır ki, stadion hazır vəziyyətə gətirilsin".
Beləliklə, göründüyü kimi, qeyri-müəyyənlik davam etməkdədir. Düzdür, problemin həlli üçün tezliklə işlərə başlanacağına dair məlumatlar da var. Amma bu söhbətlər ilyarımdır ki, davam edir.
Real durum odur ki, "Araz Naxçıvan" doğma meydanında yox, hələ də Mərdəkanda oynayır və stadionun tikintisinə pul ayrılana qədər də rəqiblərini orada qəbul etməli olacaq. Bunun müvəqqəti olduğunu, yoxsa uzun illər davam edəcəyini isə zaman göstərəcək.
ELNUR
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi