Elvin Məmmədov: "Komandada inkişaf var"

Elvin Məmmədov: "Komandada inkişaf var"
ÖLKƏ FUTBOLU 6 Fevral 2025 / 21:50 3152
-  A +

"Səbail"in məşqçisi Elvin Məmmədov Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: 

- Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. "Qarabağ" həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq.

- "Səbail" qış fasiləsindən sonra yaxşı oyun nümayiş etdirir. Daha da irəli getmək üçün nə çatmır?

- Fasilədən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq. (sportal.az)

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner