"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Bu gün çox yaxşı komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. Həm topla, həm də topsuz meydanda çox düzgün davrandılar. Futbolçularımı təbrik edirəm, çox istəkli idilər. Hələ ilk oyundur. Cavab görüşü daha da gərgin keçə bilər.
- Kadi Borgesin transferi məcburiyyətdən atılan addım idi?
- Yox. Əlimizdə belə bir şans oldu, biz də istifadə etdik. Son gündə danışıqlar getdi. Ondan əvvəl Julio Romaoya bir neçə dəfə təklif gəlmişdi. "Ferentsvaroş" danışıq əsnasında belə bir variant dedi, biz də razılaşdıq. Lazımlı oyunçudur, komandamıza gəlməsi bizim üçün xoşdur.
- Yay üçün transfer planlarınız var?
- Əlbəttə var. Transferlər etməyi düşünürük.
- Kadinin gəlişindən sonra Aleksey Kaşuk ehtiyatda qalacaq?
- Hansısa futbolçunun ehtiyata düşəcəyini deyə bilmərəm. Kadi fərqli mövqelərdə oynamağı bacarır. Onun hazırlığına əsasən qərar verəcəyik. Təki əlimizdə sağlam futbolçular olsun.
- Keçmiş oyunçularınızı yenidən qaytardığınıza görə bəzən qınanırsınız. Bu tendensiya nədən irəli gəlir?
- Qınanmağıma heç bir reaksiya vermirəm. Hər insan öz fikrində azaddır. Buradan gedən futbolçuların 80 faizinin getməsini istəməmişəm. Klubun gəlirlərini düşünərək bəzilərinin qarşısını kəsmirik. Geri dönmələrinə gəldikdə, onlar zatən bizim güvəndiyimiz futbolçulardır. Onların geri dönmək şansı olanda komandaya uyğunlaşdırmaq mənim üçün asan olur.
- İcraiyyə Komitəsinin iclaslarında darıxmırsınız?
- Yox, niyə ki? Çox aktiv müzakirələr gedir orada.
- Premyer Liqada komanda sayının artırılmasına münasibətiniz necədir?
- Müsbət haldır. Hansı komanda gələcəksə, həmin bölgələrdə futbola maraq artacaq. Bəlkə də, yeni futbolçular üzə çıxacaq. Komanda sayının artmasının hansı keyfiyyəti verəcəyini hazırda deyə bilmərəm. Amma gələcək üçün faydası olacaq.
- Belə iddialar var ki, Premyer Liqanın sonuncusu ilə 1-ci liqada 3-cü yeri tutan komanda arasında pley-off oyunu olacaq. Sizcə, bu, ədalətlidir?
- Bu məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq. Ondan sonra tam dəqiq deyə bilərəm. 4-5 variant var idisə, onlardan biri bu idi. İndidən bilsələr ki, sonuncu yeri tutan komanda Premyer Liqada qalacaq, hansısa futbolçuda, məşqçidə arxayınlıq yarada bilər. Sonuncu yeri tutan komanda aşağı liqanın 3-cüsü ilə pley-off oynasa, daha maraqlı, ədalətli olar.
- Düşünmürsünüz ki, ən ədalətlisi Premyer Liqada sonuncu yeri tutan komandanın aşağı düşməsidir?
- Birdən-birə 1-ci liqadan 3 komanda gəlsə, bilmirəm necə olar.
- 12 komanda 4 dövrə oynasa, 44 oyun edir. Bu, çox deyil?
- 4 dövrə müzakirə olunmadı. Ya 3 dövrə olacaq, ya da altılıq sistemi. Bir neçə variant müzakirə olunacaq. Minimum 33 oyun olacaq. (sportal.az)
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi