"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda "Sabah"la 0:0 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki tərəf dinamik futbol oynadı. İki komanda da qalib gəlmək istəyirdi. "Sabah"ın da, bizim də şanslarımız var idi. Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq. Hər şey cavab oyununa qaldı. Komandama təşəkkürümü bildirirəm. Yaxşı oyun nümayiş etdirdilər. Növbəti oyuna hazırlaşacağıq.
- Premyer Liqada komanda sayının artırılması və legioner limitinin ləğv olunması ilə bağlı fikirləriniz necədir?
- Bu barədə indi rəy bildirmək tezdir. Strategiyanı hazırlayanlar bəlkə də bizdən, məndən də savadlıdırlar. Bunun nəticələrini növbəti mövsümdə görəcəyik. Milli komandalara necə təsir etdiyini də hiss edəcəyik. Tək əsas milli yox, aşağı yaş qruplarına da təsir edəcək. Limitin ləğvi yerli futbolçulara zərbə ola bilər. Bir baş məşqçi kimi mənim üçün bu, idealdır. Amma digər tərəfdən bizim akademiyalarımız var. 17-18 yaşlı uşaqların indi oynamaq şansları var idi. Amma bu qərardan sonra gənc futbolçular kənarda gözləməli olacaq. Artıq ehtiyatda gənc oyunçular yox, 24-25 yaşlı futbolçular oturacaq. Nüanslar çoxdur. Qərar qəbul olunubsa, razılaşmalıyıq və nəticəsinin necə olacağını gözləməliyik. Premyer Liqada komanda sayının artırılmasına gəldikdə, müsbət məqamdır. Yerli futbolçuların üzə çıxmaq şansları olacaq. Hər klubun öz strategiyası var. "Sumqayıt" öz akademiyasına da güvənəcək. Biz indi limiti yox, kuboku və Premyer Liqanı düşünürük. Azərbaycan futbolunu qaldırmaq lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik.
- "Sumqayıt"ın qarşısına avrokubok hədəfi qoyulub?
- Özünüz də bilirsiniz ki, mən komandanı götürəndə neçənci yerdə idi və hansı hədəflər var idi. Mənim qarşıma elə hədəflər qoyulmayıb. Amma mən və komandam hər oyuna 3 xal üçün çıxacağıq. (sportal.az)
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi