Belçikalı futbolçu Stefan Omeonqa Roma-Tel-Əviv reysi ilə səfər edərkən İtaliya polisinin zorakılığı ilə üzləşib.
QOL.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, polis tərəfindən zorla təyyarədən çıxarılaraq əlləri qandallanıb: "Bir stüard sənədlərimlə bağlı ehtimal edilən problemə görə mənə yaxınlaşdı və təyyarəni tərk etməyimi istədi. Sənədlərimin etibarlılığına əmin olduğumdan sakitcə ondan problemin nə olduğunu soruşdum. Bundan sonra polis çağırdılar, əllərimi qandallayıb zorla təyyarədən endirdilər. İnsanlardan uzaqlaşan kimi polislər məni kobud şəkildə yerə yıxdılar, döydülər, onlardan biri dizini başıma sıxdı.
Sonra cinayətkar kimi əllərim qandallandı. Məni polis maşınına mindirib hava limanına apardılar. Təcili yardım gəldi, amma şok vəziyyətində tibb işçilərinin suallarına cavab verə bilmədim. Bundan az sonra polis maşınında radiodan eşitdim ki, guya tibbi yardımdan imtina etmişəm və hər şey qaydasındadır. Ancaq tamamilə yalan idi. Polisin mənə nə edə biləcəyindən qorxaraq məni təcili yardımla aparmalarını xahiş etmişdim.
Sonra məni qaranlıq otaqda, yeməksiz, susuz, bir neçə saat tam alçaldılmış vəziyyətdə saxladıar. Azadlığa çıxsam da, bu günə kimi həbs olunmağım üçün heç bir əsas göstərməyiblər.
Mən heç bir ayrı-seçkiliyə dözə bilmirəm. Bu həbs aysberqin görünən hissəsidir. Mənim kimi bir çox insan iş tapa bilmir, mənzil ala bilmir və ya sadəcə qaradərili olduqları üçün sevdikləri idmanla məşğul ola bilmirlər. Biz birləşməli və səsimizi ucaltmalıyıq ki, ətrafımızdakıları - həmkarlarımızı, qonşularımızı və dostlarımızı narahat edən, onun inkişafına mane olan bu problemlə bağlı cəmiyyətimizi maarifləndirək".
Qeyd edək ki, Omeonqa 2017-2020-ci illərdə İtaliya A seriyasında "Genua"da çıxış edib. Hazırda Şotlandiyanın "Livinqston" klubunda oynayan futbolçu Belçikanın U-21 millisinin də sabiq üzvüdür.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi