"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Barselona"nın futbolçusu Lamin Yamal haqda danışıb.
QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
54 yaşlı argentinalı mütəxəssis deyib: "Yamal böyük futbolçudur, onun inkişafı inanılmazdır. Hücumda ən yaxşılardandır. "Barselona"da həmin xüsusiyyətləri olan ikinci futbolçu yoxdur. Amma onlarda Ferran Torres, Olmo, Fermin Lopes var... Uğur əldə etmək üçün yeni şeylər yoxlamalı olacaqlar".
Qeyd edək ki, La Liqanın 18-ci turunda keçiriləcək "Barselona" - "Atletiko" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, Lamin Yamal turnirin ötən turunda "Leqanes"lə matçda (0:1) sıradan çıxıb.
"İnter"də yeni müqavilə
“Sabah” və Mikels 10-a çatdı
74 yaşlı Ranyeri yeni vəzifəyə təyin olundu
Bu mövsüm Azərbaycana ən çox əmsalı “Sabah” qazandırıb
"İmişli" yoxlama oyunu keçirdi
Azərbaycan güləşçisi finalda uduzdu - Dünya çempionatı
Rodri əməliyyat olundu
Azərbaycan dünya çempionatında ilk medalını qazandı
Mançini rəsmən İtaliya millisində - Yenilənib
"KuPS" - "Sabah": Heyətlər açıqlandı