Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə klubu "Nürnberq"in baş məşqçisi Miroslav Kloze arasında narazılıq yarandığı iddia edilir.
QOL.az-ın xəbərinə görə, Almaniyanın "Nürnberq" nəşrinin yaydığı məlumatda bildirilir ki, 27 yaşlı hücumçu dekabrın 15-də "Köln"ə qarşı keçirilən 2-ci bundesliqanın 16-cı turunun səfər matçında erkən əvəzlənməsinə (46-cı dəqiqədə) etiraz edib. Həmin oyunda "Köln" 3:1 hesabı ilə qalib gəlib.
Nəşr yazır ki, Emreli emosioal reaksiyasını hətta özünün İnstaqram səhifəsindəki paylaşımında da bildirib. Lakin o, tezliklə həmin paylaşımı silib.
Qəzetin yazdığına görə, Emreli "Köln"lə matçda komandasının passiv oyununa görə təqsiri özündə görmür.
Nəşr məsələ ilə əlaqədar Kloze ilə Emreli arasında söhbətin olduğunu da yazıb. Bildirilir ki, 46 yaşlı futbolçusuna qarşı qəzəbi olmadığını söyləyib. "Ona kin saxlamıram. O, məni başa düşdü. Mənə vacibdir ki, futbolçu da fikrini desin" - deyə qəzet Klozenin fikirlərindən sitat gətirib.
Həmçinin qeyd olunur ki, Kloze futbolçuları ilə münaqişədən qaçmaq istəyir.
Məlumata görə, tərəflər arasında söhbətin faydası olub. Emreli "Nürnberq"in dünən səhərki məşqində görünüb və əzmkarlığı ilə seçilib.
"Hətta həmkarı Berkay Yılmazın onun sağ dizinə zərbəsi də Emreliyə mane ola bilməyib. Baxmayaraq ki, ilkin olaraq ən azından onun karyerasını bitirmək qorxusu var idi. Emreli yerə uzanıb ağrıdan qışqırsa da, sonradan məşqə davam edə bildi" - deyə qəzet yazıb.
Sonda o da bildirilib ki, Kloze Emrelinin komandası üçün əhəmiyyətini bilir. "Onun fərdi keyfiyyətləri həlledici ola bilər" - yazan qəzetin fikrincə, M.Emreli bu şənbə günü "Ayntraxt Braunşveyq"lə matçda iştirakı istisna deyil.
Xatırladaq ki, M.Emreli son 5 matçda qol vura bilmir. Ümumilikdə isə o, "Nürnberq"in heyətində bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı
Gəncədə 10 ilin azarkeş rekordu
Fernandeş Ronaldoya çatdı
"Oğluma görə qol sevincini belə qeyd etdim" - Qismət Alıyev
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
Arda Gülerin bu mövsüm La Liqada ilk qolu - Video
Niderland da İnfantinonu istefaya çağırdı
“Sabah” yeni oyunçu alır
Argentina millisinin üzvü "Roma"da
"Fənərbaxça" qalib gəldi, "Başakşehir"dən heç-heçə