"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyun haqda fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:
- Oyun asan alınmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci hissədə bir az arxaya çəkildik. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiniz.
- Kapitan Elvin Camalovun ehtiyatda qalmasının səbəbi nə idi? Niyə məhz Pavol Şafrankonu kapitan seçmişdiniz?
- Bu, məşqçilərin qərarı idi. Qısa zamanda çox oyunumuz olacaq. Rotasiyalar edəcəyik. Elvin bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı.
- Sizdə komandanın potensialı haqda fikir formalaşıb?
- Fikirlərim müsbətdir. Hücum xəttimizin potensialı yüksəkdir. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq.
- Maqsud Adıgözəlov Rusiya mətbuatına açıqlamasında demişdi ki, komandanı qısa müddətdə toparlamalı və hədəflərə çatmalıyıq. Sizin qarşınıza qoyulan əsas hədəflər hansılardır?
- Avrokuboklara düşmək.
- Kubok, yoxsa çempionat yolu ilə?
- Bizi istənilən yol razı salır. Amma yəqin ki, ən qısa yol kubokdur.
- Məşqçilərin qərarı Elvin Camalovun ehtiyatda oturması idi, yoxsa kapitan sarğısını Şafrankoya vermək?
- Bizdə ikinci kapitan Amin Seydiyevdir. Digəri isə Namik Ələsgərovdur. Bəzi futbolçularda emosional yüksəliş olur. Pavola ona görə vermişdik. Qısa müddətdə çox oyun olacaq. Dəyişikliklər az olmayacaq.
- Murad Musayevlə "Sabah" haqda danışmısınız? Azərbaycan futbolu haqda məlumatınız var idi?
- Xeyr, Muradla danışmamışam. O, mesaj yazaraq uğurlar arzuladı. Azərbaycan futbolu haqda bilirəm ki, "Qarabağ" avrokuboklarda oynayır, "Sabah" da oynayıb. Azərbaycan futbolunu Murada görə bilirəm. Onunla birlikdə PRO kateqoriyasını oxumuşuq. O, mənə çox şey deyib.
- "Sabah"da işləmək təklifi kimdən gəldi və düşünmək üçün nə qədər vaxt lazım oldu?
- Təklif ani alındı. Təkliflə qərar arasında vaxt az oldu. Mənim üçün "Sabah"ı çalışdırmaq böyük fəxrdie. Ona görə də bundan imtina edə bilməzdim.
- "Qarabağ"ı çıxmaq şərtilə hansı klubla maraqlanmısınız?
- Azərbaycan futbolu inkişaf edir. İnfrastuktura çoxlu yatırım edilir. Hamımız birlikdə daha da irəliyə doğru gedəcəyik.
Rodri "Real"la razılaşdı
PSJ-dən "Atletiko"ya
Urfan Abbasov "Kəpəz"də
"Qəbələ" "Şəfa"ya qarşı
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı
"Payde"nin kapitanı "Zirə" ilə oyundan danışdı
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Futbolun ən gözəl tərəfi - Masazırdan reportaj
"Cavab oyununda bəzi şeyləri dəyişməliyik" - Mateuş Koxalski
"Beşiktaş"ın qələbəsi - Video
Millinin baş məşqçisi ilə bağlı qərar verildi