"Qarabağ"ın futbolçusu Yassin Benzia Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda sabah "Lion"la keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında bu barədə danışıb.
O, sabiq klubuna qarşı oyunu maraqla gözlədiyini söyləyib:
"Mənim üçün əvvəllər oynadığım "Lion"la qarşılaşmaq çox maraqlı olacaq. İndi isə "Qarabağ"da çıxış edirəm. Əlbəttə ki, əvvəlki "Lion"la hazırkı komanda arasında çox böyük fərq var. O vaxt komanda yüksək performans göstərirdi. "Lion" indi də yüksək səviyəli komandadır. Bu, mənim üçün çox vacib oyundur".
Fransada doğulan və Əlcəzair millisinin üzvü olan Benzia görüşdə bütün bacarıqlarından istifadə etməyə çalışacaqlarını deyib: “Qarabağ” adını daşımaq bizim üçün xüsusi məna kəsb edir. Biz bu adı doğrultmağa çalışırıq. “Qarabağ” sözünün xüsusi mahiyyəti odur ki, komanda müharibə ilə əlaqədar Bakıda yerləşib. Biz bütün bacarıqlarımızdan istifadə etməliyik. "Lion"u tərk etdikdən sonra artıq 2 və ya 4-cü dəfədir ki, bu komandaya qarşı oynayıram".
Qeyd edək ki, noyabrın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Yamal onu təhqir etdi
Modriç Messiyə çatdı
Fransa - Türkiyə matçının heyətləri açıqlandı
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
1-ci liqada həftənin hakimləri məlum oldu
Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
“Marafon” və “Ağstafa Gəncləri”ndən böyükhesablı qələbə
Əfsanələrin dueli 11 qolla yadda qaldı
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi
“Çelsi” yenidən şansını yoxlayacaq
Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
Zidan Türkiyə ilə oyun öncəsi nikbinliyini qoruyur
“Portuqaliya ən böyük futbolçularından birini itirib”
Poçettino “Mançester Yunayted”də ilkə imza ata bilər
“Tottenhem”dən ayrılmaq qərarına gəldi
“Barselona” Ferminə görə 100 milyonluq təkliflər alıb
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Yayda "Neftçi"dən ayrılan hücumçu bu kluba keçdi
"Qarabağ"ın qapıçısı İsveç millisinə qarşı oynadı
Portuqaliya millisi üç futbolçusunu itirdi
Yüksək hərarətə görə İspaniya millisindən ayrıldı
“Qarabağ”ın futbolçusu Meksika millisinə qol vurdu - Video
Aleksey Kaşuk Ukrayna millisində debüt etdi
Portuqaliya son 12 ilin ən ağır məğlubiyyətini alıb
Azərbaycan milliləri yenə böyük hesabla uduzdu
Ronaldinyo 46 yaşında da heyrətləndirdi - Video
Millətlər Liqasında gecənin nəticələri
Ronaldunun şərəfinə pankart açdılar
“Onunla işləmək əsl kabusdur”