Ronaldunun şərəfinə pankart açdılar

Ronaldunun şərəfinə pankart açdılar
DÜNYA FUTBOLU 15 Noyabr 2026 / 00:17 94
-  A +

Portuqaliya millisinin azarkeşləri UEFA Millətlər Liqasının Danimarkaya qarşı oyununda komandanın sabiq kapitanı Kriştiano Ronaldonu xüsusi jestlə dəstəkləyiblər.

QOL.az xəbər verir ki, Braqada keçirilən qarşılaşmanın 7-ci dəqiqəsində tribunada 41 yaşlı hücumçunun şərəfinə pankart açılıb və ona alqışlarla dəstək göstərilib.

Pankartda “Təşəkkürlər, kapitan” sözləri yazılıb. Burada Ronaldunun formasının 7 nömrəsinə də işarə edilib.

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 2003-cü il avqustun 20-də Qazaxıstanla yoxlama oyununda edib. O, milli komandanın heyətində 234 matçda 146 qol vurub və 45 məhsuldar ötürmə verib.

Ronaldo 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə Millətlər Liqasının qalibi olub. O, noyabrın 5-də milli karyerasını başa vurduğunu açıqlayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner