“Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir”.
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
"Nürnberq"də (Almaniya) son oyunlarda 4 qol vuran 27 yaşlı futbolçu sabahkı matçda da bunun üçün çalışacağını bildirib: “Cüzi də olsa, şansımız var (C Liqasında qalmağı nəzərdə tutur - red.). Rəqib bizə yaxşı məlumdur. Uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Amma qoldan daha önəmli olan qələbə qazanmaqdır. Qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır. Sabah mən də qol vurmaq istəyirəm. Klubumda son oyunlarda start heyətdə meydana çıxıram. Məşqçim də mənə güvənir. Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, sabah hücumda komandama kömək edə biləcəm”.
Slovakiya ilə oyunda qırmızı vərəqə alan və buna görə də Estoniya ilə son matçda komandasına kömək edə bilməyən hücumçu bu barədə sualı da cavablandırıb. O, Qəbələdə Estoniya ilə keçirilən matçda (0:0) millimizin lazım olan qələbəni qazana bilməməsində özünü də günahkar hiss etdiyini deyib: "Son zamanlar bizim oyunumuz yaxşılaşıb. Bu turnirdə də bunu görmək olar. Hər şeyə baxmayaraq, nəticə yoxdur. Slovakiya ilə səfər matçını çıxmaq şərtilə digər görüşlərdə yaxşı oynamışıq. Statistikaya baxmaq lazımdır. Bəlkə də ən çox hücum etdiyimiz seçmə mərhələdir. Günahkar axtarırsınızsa, mən onun məsuliyyətini daşımağa hazıram. Təbii ki, Estoniya ilə matçda komadama kömək etmək istəyirdim. Çalışacam ki, sabah bunu unutdurum".
Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
"Barselona"nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
FİFA prezidentinin maaşı 4 dəfə artıb
“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Çelsi" evdə qələbə qazandı
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?
“Turan Tovuz” ev oyunlarını Bakıda keçirəcək
“Neftçi”də yeni transfer olacaq? - Yuri Vernidub danışdı
Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi
Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
"Real" "Levante"yə qalib gəldi
“Turan Tovuz”un ilk sınağı uğursuz oldu
"Çelsi"dən gənc müdafiəçi üçün 50 milyonluq təklif
Mançester derbisində möhtəşəm qələbə qazandılar
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Fənərbaxça"nın futbolçusu sıradan çıxdı
“Sabah”dan 9 qollu qələbə
“Gənclərə və yeni transferlərə şans verdik” - Azər Bağırov
Meydanda ürəyi dayanan futbolçu klubdan göndərildi
“Mançester Yunayted” yeni baş məşqçisindən bunu tələb edəcək
"Kəpəz" "Karvan-Yevlax"la heç-heçə etdi
“Onun “Neftçi”dəki dövrü sadəcə fəlakət idi”
“Niyə “Qarabağ”ın əhvalını pozmayaq ki?”
"Yuventus" hücumçu transfer edir
Duqlas Kostanın yeni klubu məlum oldu
Raufun britaniyalıları susduran o gözəl qolu… - Video
Rəşad Sadıqov: "Türkiyədə məşqçi işləmək istəyirəm" - Video
Arteta "Real"ın baş məşqçisi ola bilər
Afərin, “Qarabağ”ın gəncləri! - Video
PSJ ilə 100-cü qələbə
Qurban Qurbanov qələbələri dəyərləndirdi
Tanınmış klubun prezidenti vəfat etdi
Məhkəmə Ümit Karan barədə həbs qərarı verdi
“Atalanta” qələbəni əldən verdi
“Ayntraxt” “Qarabağ”la oyundan öncə xal itirdi
“Zirə” Çexiya klubuna belə uduzdu - Video
“Araz-Naxçıvan” məşqləri bərpa edib
“Neftçi”dən 3 qollu qələbə - Video
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2