Azərbaycan millisi Serbiyaya 0:10 hesabı ilə uduzdu

Azərbaycan millisi Serbiyaya 0:10 hesabı ilə uduzdu
ÖLKƏ FUTBOLU 31 Oktyabr 2024 / 00:50 3041
-  A +

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının 1-ci seçmə mərhələsində ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, millimiz Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda oynanılan görüşdə millimiz darmadağın olub - 0:10.

Serbiya millisinin matçın 88-ci dəqiqəsində 10 nəfərlə qalıb. Say çoxluğuna baxmayaraq millimiz bundan sonra daha 2 qol buraxıb.

30 oktyabr

21:00. Serbiya (U-17) – Azərbaycan (U-17) - 10:0
Baş hakim: Charlotte Carpenter, Michelle Jane Portelli (Uels), Sopo Tsulaia, Mzevinari Sharashanidze (Gürcüstan)

Munisipial stadionu, Bettemburq

Daha çox


Son xəbərlər
18.02.26  22:12

"Qarabağ"da itki

18.02.26  19:27

Messi geri döndü

Topaz Desktop Banner
?>