Renat Dadaşovun komandasından qələbə

Renat Dadaşovun komandasından qələbə
DÜNYA FUTBOLU 19 Oktyabr 2024 / 00:04 2688
-  A +

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında 9-cu turun oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə “Yeni Malatyaspor”un qonağı olub. 

Qarşılaşma “Ankaragücü”nün 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov oyuna ehtiyatda başlayıb. O, 82-ci dəqiqədə Riad Bajiçin yerinə meydana daxil olub.

Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran "Ankaragücü" turnir cədvəlində 8-ci pilləyə yüksəlib. 


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner