Futbola təşəkkür edib getdi

Futbola təşəkkür edib getdi
DÜNYA FUTBOLU 18 Oktyabr 2024 / 16:28 1304
-  A +

Niderland millisinin sabiq üzvü Kevin Strotman karyerasını bitirib.

QOL.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında bu barədə məlumat yayıb.

O, bununla bağlı yazıb: “Karyeram başa çatır. Təşəkkür edirəm, futbol!”

Qeyd edək ki, daha çox Niderland millisi və "Roma"dakı oyunları ilə tanınan Strotman PSV, Rotterdam “Sparta”sı, “Cenoa” və “Marsel”də də çıxış edib. O, Niderland millisində (2011-2019) 46 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər