İspaniya millisində 96 ildən sonra ilk yaşandı

İspaniya millisində 96 ildən sonra ilk yaşandı
DÜNYA FUTBOLU 16 Oktyabr 2024 / 14:06 4709
-  A +

İspaniya millisində 96 ildən sonra bir ilk yaşanıb.

QOL.az xəbər verir ki, bu, Millətlər Liqasında ötən gecə Serbiya ilə keçirilən oyunda (3:0) qeydə alınıb.

Bu görüşdə “Real”, “Barselona” və “Atletiko”dan heç bir futbolçu İspaniya millisinin start heyətində yer almayıb.

Bu, millinin 104 illik tarixində dördüncü belə haldır. Komanda 1928-ci il Olimpiadasındakı 3 matçda sözügedən 3 klubunun oyunçuları olmadan iştirak edib.

Qeyd edək ki, ilk 4 turda 10 xal toplayan İspaniya yığması qrup lideridir.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner