Kapitan 19 il çıxış etdiyi millidən getdi

Kapitan 19 il çıxış etdiyi millidən getdi
DÜNYA FUTBOLU 16 Oktyabr 2024 / 13:12 1843
-  A +

Meksika millisinin kapitanı Andres Quardado yığmadakı karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ABŞ millisi ilə yoldaşlıq matçında komandada son oyununa çıxıb.

Meksika bu qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Quardado 19 ildir millidə çıxış edirdi. 2005-ci ildə yığmada debüt edən futbolçu 182 oyuna çıxıb, 28 qol vurub. Quardado “Deportivo”, PSV, “Valensiya”, “Atlas” və “Bayer” klublarının da oynayıb.


Son xəbərlər
15.10.24  15:05

Qaqo "Boka Xuniors"da