Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz 274 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, Vətən müharibəsi qazisi Azər Abbasov oldu.
A. Abbasov əvvəlcə bunu qeyd edib ki, 25 ildir müəllim kimi fəaliyyət göstərir: "1999-cu ildən etibarən müəllim kimi fəaliyyət göstərirəm. 2007-ci ilədək hərbi hazrlıq və fiziki tərbiyə üzrə müəllim olmuşam. 2007-ci ildən etibarən isə sırf fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm. Həmçinin baş leytenantam, ehtiyatda olan zabitəm. Komandir kimi 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Cənab Prezidentimiz İlham Əliyev tərəfindən "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşam".
O, hər bir fiziki tərbiyə müəlliminin öz dərs metodunun olduğunu vurğulayıb: "Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyəti normaldır. Hər bir müəllimin öz dərs metodu var. Mən zala daxil oluram, uşaqlar cərgəyə düzülürlər. Siyahını yoxlayıram, qeydlər aparıram, daha sonra isinmə hərəkətləri edirik. Gimnastika hərəkətlərindən sonra vaxt olduğu qədər idman növləri ilə məşğul oluruq. Buna basketbol, voleybol və s. aiddir. Aşağı siniflərdəki şagrdlər üçün qaçış yarışları edirik. Müəyyən oyunlar keçiririk. Dərsin yekununa 10 dəqiqə qalanda artıq uşaqları paltardəyişmə otaqlarına yola salıram ki, geyimlərini dəyişsinlər. Çünki şagirdlər fiziki tərbiyə dərslərinə idman forması ilə qatılırlar".
A.Abbasov uşaqların fiziki tərbiyə dərslərində həvəslə iştirak etdiyini söyləyib: "Ümumiyyətlə, fiziki tərbiyə dərsləri uşaqlar üçün maraqlıdır. Dərsləri daha əyləncəli etmək üçün əlavə yollara ehtiyac qalmır. Uşaqlar fiziki tərbiyə dərsini çox sevirlər. Hansı oyunları təşkil etsək, maraq göstərirlər. Onlara orta məktəbdə hansı fənni daha çox sevirsiniz deyə sual verilsə, əminəm ki, hamısı tam ürəkdən fiziki tərbiyə fənnini deyəcəklər. Biz də əlimizdən gələni edirik. Çalışırıq ki, 45 dəqiqə ərzində vaxtlarını səmərəli keçirsinlər. Orta məktəblərdə idman zallarının durumu isə qənaətbəxşdir".
Müəllim şagirdlərin iştirak etdiyi yarışlardan da söz açıb: "6-7-ci sinif şagirdləri futbol yarışlarında iştirak edirlər. 9-11-ci sinif şagirdləri isə basketbol yarışlarına qatılırlar. 5-11-ci siniflər arasında şahmat yarışlarımız olur. Məktəb turnirləri keçirilir. Bundan sonra rayon turnirləri olur. Bu yarışın qalibləri isə şəhər turnirində iştirak edirlər".
O, oğlan şagirdlərin daha çox futbolla maraqlandığını bildirib: "Oğlanların əksəriyyəti futbola maraq göstərirlər. Bu idman növü ilə məşğul olmaq istəyirlər. Düzdür, voleybola, basketbola, başqa idman növlərinə də maraq göstərənlər var. Amma futbol üstünlük təşkil edir".
A.Abbasov qeyd edib ki, maddi baxımdan çətinlik çəkən şagirdlərə idmanla məşğul ola bilməkləri üçün şərait yaradılmalıdır: "İdmana marağın daha da artması üçün idman bazaları daha çox olmalıdır. Hər kəs orada idmanla məşğul olmalıdır. Elə uşaqlar var ki, fiziki forması onun gələcəkdə uğur qazanmasına şərait yarada bilər. Ancaq baxırsan ki, maddi durumu çətindir. Buna görə də professional idmanla məşğul olmurlar. Elə idman məkanları yaratmaq olar ki, potensialı olan uşaqlar orada məşqlər edə bilsinlər. Eyni zamanda gənclərimiz pis vərdişlərdən uzaqlaşarlar, idmana yönələrlər".
Müəllim müxtəlif yarışların təşkilinin uşaqları daha da həvəsləndirə biləcəyini deyib: "Elmi yarışlar, idman turnirləri keçirmək, qalibləri mükafatlandırmaq, mediada işıqlandırmaq uşaqları idmana daha da cəlb edə bilər. Belə olanda geridə qalanlar həvəslənəcək. Uşaqların təhsilə, idmana marağı artacaq ki, biz də mediada görünək, bizdən də müsahibə alsınlar".
Həmsöhbətimiz şagirdlər ilə tez-tez maarifləndirici söhbətlər etdiklərini qeyd edib: "Şagirdlərimlə çox söhbətlər aparıram. İdmanla məşğul olsalar, bədənləri necə yaxşılaşar, orqanizmləri sağlam, qamətləri düz olar - bu kimi şeylərdən danışırıq. Belə söhbətlərin effekti də olur. Şagirdlərə idmanla məşğul olan adamla idman etməyən adamın orqanizmi arasındakı fərqləri izah etməyə çalışıram".
O, valieynlərlə də söhbətlər apardıqlarını deyib: "Validenylərlə də söhbətlər aparırıq. Çünki elə uşaq var ki, voleybol üçün potensialı var, amma futbola maraq göstərir. Valideynləri ilə söhbət etmişəm ki, uşağınız voleybolçu olsa, daha yaxşı nəticə göstərər. Baxmışam ki, bəzi qız şagirdlərimin boyu hündürdür, voleybol üçün potensialı var. Valideynləri ilə danışmışam. Belə hallar daha çox 312 nömrəli məkdəbdə işlədiyim vaxt olub. 274 nömrəli məktəbdə bu ildən çalışıram. Valideynlərlə bir-birimizi hələ çox tanımırıq. Şagirdlərlə bir-birimizi tanımağa başlamışıq".
O, bəzi valideynlərin qızlarının idmanla məşğul olmasına qadağa qoymasına da toxunub: "Elə valideynlər var ki, qız və oğlan arasında fərq qoymur, onların idmanla məşğul olmağına şərait yaradır. Amma qızlarının idmanla məşğul olmasını istəməyən valideynlər də var. Deyirlər ki, yox, idman qız üçün deyil. 5-6 il əvvəl belə halla rastlaşmışdım. Uşaq oynamaq istəyirdi, amma deyirdi ki, atam icazə vermir. Xahiş etdim ki, velideyninizə deyin, səhər məktəbə gəlsin, mənimlə görüşsün. Görüşdük, valideynə başa saldım ki, bu uşağın uşaqlığını əlindən alırsınız. Valideyn məni anladı, çox sağ olsun. Artıq o uşaq növbəti dərslərə idman forması ilə gəldi. Hələ də elə valideynlərimiz var ki, qızına mane olur. Bu, bizim yaralı yerimizdir. Həmin valideynlərlə də söhbət edirik, inandırmağa çalışırıq. Bəzən bizi anlayırlar, bəzən də anlamırlar".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
Modriç "Real"dan gedir
Nistelroyla uğurlu start
Azərbaycanlı futbolçu Çempionlar Liqasında oyun keçirdi
"Turan Tovuz"dan Marandiçinin durumu ilə bağlı - Açıqlama
“Sabah” “Turan Tovuz”a belə qalib gəldi - Video
Berdıyev “Sabah”a məğlubiyyətdən danışdı
Berezutski Tovuzdakı süni meydançadan gileyləndi
Azərbaycan kubokunda ilk üç 1/4 finalçı onlar oldu
"Çelsi"nin baş məşqçisi: "Çempion olmağa şansımız yoxdur"
"Araz-Naxçıvan" 1/4 finala 3 qolla yüksəldi - Video
Elmar Baxşıyev bugünkü qələbə, gənclər və növbəti oyun haqda
Tovuzdakı oyunda üzücü olay - Futbolçunun ayağı qırıldı
"Səbail" 1/4 finala belə yüksəldi - Video
"Turan Tovuz" - "Sabah" - Heyətlər
A seriyasında ən yaxşı seçildi