AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına əsasən 2025-ci ilin idman paytaxtı seçilən Qəbələ şəhərində kütləvi futbol festivalı təşkil olunub.
QOL.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən tədbirdə 100-ə yaxın uşaq iştirak edib.
Festival zamanı uşaqlar müxtəlif futbol oyunlarında iştirak edib, asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər. İştirak edən hər bir uşağa tədbirin sonunda AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və Qəbələ şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Cavid Məmmədnəbiyev təqdim ediblər.
Tədbir xatirə fotosessiyası ilə yekunlaşıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı