Yunanıstan millisinin üzvü 31 yaşında vəfat etdi

Yunanıstan millisinin üzvü 31 yaşında vəfat etdi
DÜNYA FUTBOLU 10 Oktyabr 2024 / 09:00 2152
-  A +

Yunanıstan millisinin və "Panatinaikos"un müdafiəçisi Corc Baldok vəfat edib.

QOL.az xəbər verir ki, 31 yaşlı futbolçunun meyiti evinin hovuzunda tapılıb. Onun ölüm səbəbi ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, İngiltərənin “Şeffild Yunayted”, “Oksford”, “Tamuort”, “Northampton”, “Milton Kins dons” və İslandiyanın “Vestmannaeyyar” klublarında oynayan Baldok Yunanıstan millisində 12 oyun keçirib. İngilis əsilli Corc Baldokun son klubu "Panatinaikos" olub.


Son xəbərlər