"Qalatasaray" itki ilə üzləşdi

"Qalatasaray" itki ilə üzləşdi
DÜNYA FUTBOLU 7 Oktyabr 2024 / 15:15 3637
-  A +

Türkiyənin "Qalatasaray" klubu itki ilə üzləşib.

QOL.az xəbər verir ki, komandanın yeni transferlərindən olan İsmail Yakobs zədələnib.

O, ötən gün "Alanyaspor"la görüşdə dizindən xəsarət alıb. Seneqallı müdafiəçi bu həftə əməliyyat olunacaq. Bu haqda Seneqal Futbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, Yakobs "Qalatasaray"da ümumilikdə 6 oyuna çıxıb və 1 qol ötürməsi edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner