“Real”ın və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos 2025-ci ildə keçirilən klublararası dünya çempionatını tənqid edib.
QOL.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, deyib: “Kimsə artıq oyanmalıdır və futbolçular haqda daha çox, pul haqda daha az düşünməlidir. Bu cür turnirin keçirilməsi məsuliyyətsizlikdir. Bu klublararası dünya çempionatı pis olacaq. Hansısa anda futbolçular “qırılacaq”.
Qeyd edək ki, klublararası dünya çempionatının yeni formatında iştirakçıların sayı 7 komandadan 32 komandaya artırılıb. Turnirdə Afrika, Asiya, Avropa, Amerika və Okeaniyadan olan komandalar iştirak edəcəklər. Klublararası dünya çempionatı 2025-ci ildə 15 iyundan 13 iyula qədər keçiriləcək.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı