“Traktor” zirvəyə yüksəldi

“Traktor” zirvəyə yüksəldi
DÜNYA FUTBOLU 28 Sentyabr 2024 / 01:46 313
-  A +

İran çempionatında 6-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, “Traktor” bu turda səfərdə “Sepahan”la qarşılaşıb.

Cənubi Azərbaycan təmsilçisi 31-ci dəqiqədə azlıqda qalıb. Torabi qırmızı vərəqə alıb. Buna baxmayaraq, Əmirhossein Hosseinzadə 45+1-ci dəqiqədə “Traktor”u hesabda önə keçirib. 10 nəfərlə sona qədər inamlı müdafiə olunan Təbriz təmsilçisi yekunda 1:0 hesablı qələbə qazanıb. 

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Traktor” topların daha yaxşı fərqinə (+7) turnir cədvəlində zirvəyə yüksəlib. Eyni xala malik “Malavan” ikinci, “Sepahan” isə üçüncü yeri tutur. 


Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza