Messi sabiq klubunda karyerasını başa vurmaq istəyir

Messi sabiq klubunda karyerasını başa vurmaq istəyir
DÜNYA FUTBOLU 26 Sentyabr 2024 / 12:21 4270
-  A +

"İnter Mayami”nin hücumçusu Lionel Messi 2025-ci ildə Argentinanın “Nyuells Old Boyz” klubuna qayıda bilər.

QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. Hücumçu 1994-2000-ci illərdə gənclər səviyyəsində çıxış etdiyi "Nyuells Old Boyz"da peşəkar karyerasını bitirməyi düşünür. 37 yaşlı forvardın "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Qeyd olunur ki, Messi azad agent kimi “Nyuells Old Boyz”a keçmək istəyir.

Lionel daha əvvəl "Barselona" və PSJ-də çıxış edib. Argentina millisi ilə hücumçu 2022-ci ildə dünya çempionu olub.


Son xəbərlər
26.09.24  17:19

Donnarumma qayıtdı