“Barselona”dan ardıcıl 7-ci qələbə

“Barselona”dan ardıcıl 7-ci qələbə
DÜNYA FUTBOLU 26 Sentyabr 2024 / 01:21 3061
-  A +

İspaniya La Liqasında 7-ci turun oyunları davam edir. 

QOL.az xəbər verir ki, çempionatın lideri “Barselona” öz meydanında “Hetafe”ni qəbul edib. 

İlk hissədə vurulan qol Kataloniya klubuna 3 xal qazandırıb. Bununla da “Barselona” ölkə çempionatında ardıcıl 7-ci matçda da qalib gəlməyi bacarıb. 

“Barselona” - “Hetafe” - 1:0
Qol:
Levandovski, 19

Qeyd edək ki, hazırda 7 oyundan sonra 21 xalı olan “Barselona” La Liqanın vahid lideridir. Son çempion “Real” 17 xalla ikinci pillədə qərarlaşıb. 


Son xəbərlər
26.09.24  17:19

Donnarumma qayıtdı