Ançelotti "Real"ın onunla müqavilə uzatdığını təsdiqlədi

Ançelotti "Real"ın onunla müqavilə uzatdığını təsdiqlədi
DÜNYA FUTBOLU 23 Sentyabr 2024 / 22:15 905
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti klubun müdafiəçi Ferlan Mendi ilə müqaviləni uzatdığını təsdiqləyib .

QOL.az xəbər verir ki, daha əvvəl oyunçu ilə 2025-ci ilin yayına kimi olan müqavilənin daha 2 il artırılacağı məlumatı yayılmışdı.

Mütəxəssis bu  xəbəri təsdiqləyib: "Biz ondan məmnunuq. Bəli, Mendinin müqaviləsi yeniləndi".

Qeyd edək ki, fransalı futbolçu 2019-cu ilin yayından "Real"da oynayır.


Son xəbərlər
23.09.24  17:54

"Everton" satıldı