Renat Dadaşov qələbədə iştirak etdi

Renat Dadaşov qələbədə iştirak etdi
DÜNYA FUTBOLU 22 Sentyabr 2024 / 01:52 4842
-  A +

Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusuRenat Dadaşovun çıxış etdiyi “Ankaragücü” evdə “Sakaryaspor”la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Ankaragücü" "Sakaryaspor" - 2:1

Qollar: Cigerçi, 35 (1:0), Demir, 42 (1:1), Rotariu, 83 (2:1)

Meydana start heyətdə çıxan Dadaşov 60-cı dəqiqədə əvəzlənib. O, 45+4-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Ankaragücü” hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner