Marsyalın yeni klubu rəsmiləşdi

Marsyalın yeni klubu rəsmiləşdi
DÜNYA FUTBOLU 18 Sentyabr 2024 / 14:33 2547
-  A +

“Mançester Yunayted”dən ayrılan Antoni Marsyal karyerasını Yunanıstanda davam etdirəcək.

QOL.az xəbər verir ki, fransalı hücumçu AEK-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Marsyal 2015-2024-cü illərdə “Mançester Yunayted”də çıxış edib. O, Yunanıstan klbuna azad agent kimi keçib.


Son xəbərlər