“Oktyabrda lisenziyalaşdırma qaydaları ilə bağlı iclas keçiriləcək”.
QOL.az "Report"a istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi tədbirdə yeni qaydaların təsdiqləndiyini bildirib:
"İlk növbədə lisenziyalaşdırma ilə bağlı müəyyən qaydalar təsdiq olundu. Həmin qaydalar yaxın günlərdə klublara göndəriləcək. Həmçinin oktyabrda lisenziyalaşdırma mövsümünün açılış tədbiri keçiriləcək. Həmin iclasda sözügedən qaydalarla bağlı ətraflı məlumat veriləcək".
S.Hacıyevin dediyinə görə, AFFA-nın yeni inkişaf strategiyası 2025-2028-ci illəri əhatə edir. Qurum rəsmisi son iki ay ərzində AFFA-nın strategiyası ilə bağlı iclasların keçirildiyini bildirib:
"Bununla bağlı bir sıra görüşlər keçirilmişdi. Görüşlərdə həm AFFA-ya aid üzvlər, Regional Futbol Federasiyası, Sahə Futbol Federasiya və İctimai Birliklər iştirak etmişdi. Mətbuat nümayəndələri ilə də görüşlər keçirildi. Bununla bağlı ictimaiyyətə müraciətlər oldu. AFFA olaraq ictimaiyyətə müraciət etmişdik ki, strategiyanın yazılmasına hansısa əlavə, qeyd, hansısa fikir varsa, istənilən nümayəndə, vətəndaş öz düşüncələrini bizimlə bölüşə bilər. 300-dən çox təklif əldə etmişdik. Təkliflər arasında məqsədəuyğun olan və olmayanlar da var idi. Hər biri detallı şəkildə incələnib və bundan sonra da müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulub. Yaxın günlərdə Bakıda yenidən görüş planlaşdırılır. Beynəlxalq ekspertlər də ölkəmizə səfər edəcəklər.
Nəinki AFFA-ya üzv olan federasiyalar, digər qurumlarla da görüş nəzərdə tutulub. Bundan öncə də dövlət qurumları ilə görüşlər keçirilib. Bundan sonra da baş tutacaq. Sonda da çalışacağıq ki, futbola yaxın hər bir sahəni bu strategiyanın yazılmasına cəlb edək. İlin sonuna yaxın strategiya tam hazır olmalıdır. Bu strategiya 2025-2028-ci illəri əhatə edir. Düşünürük ki, sözügedən strategiyanın müsbət tərəfini növbəti illərdə görəcəyik".
O deyib ki, AFFA-nın strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri nəzərə alınacaq.
Qurum rəsmisi bu gün baş tutan iclasda Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun da iştirak etdiyini bildirib:
"Bugünkü görüşdə Fernandu Santuş da iştirak edirdi. Onun fikirləri ilə də tanış olduq. Həmçinin bu gün aşağı yaş qruplarından ibarət yığmalarla bağlı müzakirələr aparıldıqda, Fernandu Santuşun da fikirləri və ümumiyyətlə, qeydləri nəzərə alındı. Onun da uşaq və gənclər futbolu ilə bağlı müəyyən qeydləri, fikirləri var idi. AFFA-nın strategiyasının yazılmasında onun da düşüncələri nəzərə alınacaq".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı