"Real" ukraynalı qapıçı ilə yeni müqavilə imzalayır

"Real" ukraynalı qapıçı ilə yeni müqavilə imzalayır
DÜNYA FUTBOLU 11 Sentyabr 2024 / 20:28 2117
-  A +

“Real” qapıçısı Andrey Luninlə yeni müqavilə imzalayacaq. 

QOL.az xəbər verir ki, bu barədə "Marca” nəşri məlumat yayıb.

25 yaşlı ukraynalı qapıçının İspaniya klubu ilə hazırki müqaviləsi 2025-ci ilin iyun ayında bitəcək. “Real” onunla 2028-ci ilin yayına qədər müqavilə imzalamağa hazırlaşır. 

Qeyd edək ki, Transfermarkt portalınsa Andrey Lunin transfer dəyəri 25 milyon avrodur. O, 2018-ci ildən Madrid klubunda çıxış edir.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner