UEFA Millətlər Liqasında 2024/2025 mövsümünə start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə A, C və D liqalarında ümumilikdə 9 oyun keçirilib.
C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi İsveçi qəbul edib və 1:3 hesabı ilə məğlub olub. Bu qrupun digər görüşündə Slovakiya səfərdə Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.
Son Avropa çempionu İspaniya Serbiyaya ilə bərabərə qalıb - 0:0.
5 sentyabr
A Liqası
1-ci qrup
Portuqaliya - Xorvatiya - 2:1
Qollar: Dalot, 7, Ronaldo, 34 - Dalot, 41-avtoqol
Şotlandiya - Polşa - 2:3
Qollar: Qilmour, 46, Maktominay, 76 - Szumanski, 8, Levandovski, 44-pen. Zalevski, 90+7-pen.
4-cü qrup
Danimarka - İsveçrə - 2:0
Qollar: Dorgu, 82, Hoyberq, 90+2
Qırmızı vərəqələr: Elvedi, 52, Xaka, 87 (hər ikisi İsveçrə)
Serbiya - İspaniya - 0:0
C Liqası
1-ci qrup
Azərbaycan - İsveç - 1:3
Qollar: Renat Dadaşov, 81 - Aleksandr İsak, 65, Aleksandr İsak, 71, Viktor Qyökeres, 80
Estoniya - Slovakiya - 0:1
Qol: Suslov, 70
3-cü qrup
Belarus - Bolqarıstan - 0:0
Şimali İrlandiya - Lüksemburq - 2:0
Qollar: Maknair, 11, Ballard, 17
D Liqası
1-ci qrup
San-Marino - Lixtenşteyn - 1:0
Qol: Sensoli, 53
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır