Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” 800 manat cərimələnib.
“Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” 800 manat cərimə edilib.
“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə”yə xəbərdarlıq edilib.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi