"Sumqayıt" Azərbaycan Premyer Liqasının 3-cü turunda doğma meydanda "Səbail"i 2:1 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Şahin Diniyev "Zirə" ilə matçdan sonra demişdi ki, komandam 3-cü turda yaxşı oyun göstərəcək. Doğrudan da elə oldu. Şahin Diniyev təcrübəli məşqçidir. Onlar ötən turda "Neftçi"yə qarşı yaxşı mübarizə aparmışdı. "Səbail" biz də daxil olmaqla bir çox komandadan xal alacaq. Oyunda gərgin mübarizə getdi. Rəqib istədiklərimizi etməyə imkan vermirdi. Futbolçularımı təbrik edirəm. Sona qədər inandılar. Bərabərlik qolunu buraxdıqdan sonra reaksiya verə bildik. Belə çətin qələbələr xeyrimizə olacaq.
- Şahin Diniyev bildirdi ki, oyunun ədalətli nəticəsi heç-heçə idi. Siz bu fikirlə razısınız?
- Tamamilə razıyam. Fikirləşirəm ki, bugünkü matçın ədalətli nəticəsi elə heç-heçə idi. Futbolda belə şeylər olur.
- Oyun planınızda nə alınmadı?
- Futbolçularımız həddindən artıq top itkilərinə yol verirdi. Düşündüyümüz boşluqlardan istifadə edə bilmədik.
- Yeni transferləriniz hazır deyil?
- Bəli. Ümumiyyətlə hazırlıqdan söhbət gedə bilməz. Uzun müddətdir futbolsuz idilər. Gündə iki dəfə fərdi məşq edirlər. Nə vaxta hazır olacaqlarını demək çətindir (sportal.az)
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı