"Görürsünüz də, futbol emosiyalar oyunudur. Bu gün yaxşı "Səbail" gördük".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 2-ci turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib:
Mütəxəssis heç-heçəni yaxşı nəticə hesab etdiyini bildirib: "Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdır. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdir. Ötən tur Zirədə ilk oyuna çıxdıq, ilk 45 dəqiqədən sonra komandanı dəyişə bildik. Potensialımız var. Oyun maraqlı keçdi. Azarkeşlər üçün bol qollu, şanslı oyun idi. Baxmayaraq ki, iki qol oldu. Biz generallardan ibarət "Neftçi"yə qarşı əsgərlər oynayırdıq. Potensiallar arasında fərq var idi. Amma oyunda bunu görmədik. Vuruşduq. "Neftçi"yə oynamağa imkan verməməyə çalışdıq. Qələbə də qazana bilərdik, uduza da bilərdik. Heç-heçə başlanğıc üçün yaxşıdır. Artırmalıyıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları tam yerinə yetirdilər".
O, "Sizə nə qədər vaxt lazımdır ki, komanda tam oturuşsun" sualına belə cavab verib: "Vaxıtmız yoxdur, hər gün işləməliyik. Vaxtdan çox daha çox çalışmaq lazımdır. "Zirə" ilə oyundan bu yana irəliləyiş var. Deyə bilmərəm ki, 4-5 oyun bəs edəcək. Hərəkətli komandayıq. Futbolçular arasında anlaşma yaxşı deyil. Oyunçularda istək var".
Ş.Diniyev komandadan ayrılan hücumçu Aleksander Ramalinqomun əvəzinə yeni forvard transfer etməyəcəklərini söyləyib: "Transferlərə nöqtə qoymuşuq. Ən azından dekabra qədər. Ramalinqom 6-7 turdan sonra başladı. Ayman Boali formasını yığdıqdan sonra çox yaxşı oynayacaq. Biz komanda halında oyunumuzu gücləndirmək istəyirik. Bir oyunçudan asılı ola bilmərik. Bütün futbolçular lider olmalıdır. Futbolçuya yox, döyüşçülərə ehtiyac var. Keçən il hamı ilə rəqabət aparan "Səbail" gördük. "Qarabağ"a da qalib gəldik. Yenidən komanda düzəldirik. Problemləri addım-addım həll edəcəyik. Demirəm ki, avrokuboklara oynayırıq. Söz verirəm ki, yaxşı, rəqabət yaradan "Səbail" olacağıq. Sonuncu yer uğrunda mübarizə aparan "Səbail" görməyəcəyik".
Mütəxəssis vurğulayıb ki, "Neftçi" ilə görüşdəki heç-heçə ədalətli nəticədir: "Biz udmalıydıq desəydim, ədalətsiz olaram. Ədalətli nəticə bu idi. Sadəcə bir az yaxın olan biz idik. Epizodlarımız var idi. "Neftçi" - "Turan Tovuz" matçına baxdınız. O oyunun keyfiyyəti və bu oyunun keyfiyyəti... Özünüz baxın. İki cür məqşçi olur. Biri sırf nəticə üçün oynayan, digəri yaxşı futbol oynadan. Bəlkə də "Zirə" ilə görüşdə 10 nəfərlə geridə otursaydıq, xal qazanardıq. Amma mən futbol istəyirəm, keyfiyyətli futbol. İstəyim odur. Ona çatmaq çətindir".
O, Rüfət Abdullazadənin əvəzlənərkən kapitanlıq sarğısını Cabir Əmirliyə verməməsinə də toxunub: "Bəzən danışdıqdan sonra özüm də başa düşmürəm, nə deyirəm. Futbol emosiyalar oyunudur. Şahmat kimi gediş düşünsən, alınmır. Rüfətin yadına düşmürdü ki, kapitanlıq ondadır".
Ş.Diniyev hakim qərarlarından da danışıb: "Məşqçi görmüsünüz ki, hakimlikdən razı olsun? Bu gün hakimlik ideal vəziyyətdə idi. Kamal Umudluya təşəkkür edirəm ki, oyunun ipini buraxmırdı. Cüzi səhvlər olurdu. Amma ondan da çoxunu mən edirəm".
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi