Hummelsə rəsmi təklif göndərdilər

Hummelsə rəsmi təklif göndərdilər
DÜNYA FUTBOLU 26 İyul 2024 / 19:49 4013
-  A +

Dortmund "Borussiya"sından ayrılan Mats Hummels "Bolonya"ya keçə bilər.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A seriyası təmsilçisi 35 yaşlı müdafiəçiyə rəsmi təklif göndərib. "Hummelsin qərar verməsini gözləyirik. Ona layihəmizi təqdim etmişik" - deyə klubun baş direktoru Klaudio Fenuççi bildirib.

Qeyd edək ki, almaniyalı futbolçuya Səudiyyə Ərəbistanı klublarından təkliflər olsa da, o, Avropada çıxış etmək istədiyini bildirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner