"Makkabi"nin (Hayfa) baş məşqçisi Barak Bahar Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"a uduzduqları ilk oyunu şərh edib.
QOL.az-ın İsraiil mətbuatına istinadən yaydığı xəbərə görə, matçdan sonra keçirilən mətbuat konfransında 44 yaşlı mütəxəssis deyib ki, ilk görüşdə 0:3 hesablı məğlubiyyət yaxşı hal deyil.
"Biz hücumda kifayət qədər cəsarətli və kəskin deyildik. Biz yaxşı oynamadıq. Bu məğlubiyyət bizə dərs olmalı və gələn həftə daha yaxşı oynamalıyıq" - deyə B.Bahar bildirib.
O, daha sonra deyib: "Əgər sən 0:3 hesabı ilə uduzursansa, deməli, hər şey qaydasında deyil. Düzdür, mövsümün əvvəlidir. Amma bu gün çox uğursuz olduq. Düşündük ki, Dia və Kinda oyunumuza dinamizm qatacaq. Amma daha iki qol buraxdıq. Biz ümumiyətlə, heç oyuna girə bilmədik. Nə etdiksə, bir işə yaramadı".

"Makkabi"nin baş məşqçisi "Sabah" barədə də fikirlərini bildirib.
"Biz bilirdik ki, rəqibimiz yaxşı komandadır, yaxşı oyunçuları var və bizə asan olmayacaq. Məlum məsələdir ki, heyətimizə daha çox oyuncu cəlb edilməlidir və biz güclənməliyik. Amma bu, bəhanə deyil. 3:0 hesabı ilə uduzmaq olmazdı, bunu bilirik. Nə olursa olsun, fərqi yoxdur. İndi reallığa baxmalıyıq. Hər şeyin mümkün olduğuna inanmalıyıq” - deyə o qeyd edib.
Baş məşqçi bildirib ki, komandası keyfiyyətli oyun göstərə bilməyib: "Dəyişikliklər də nəticə vermədi və bu müddətdə iki qol buraxdıq. Biz rəqibin təhlükəli olduğunu bilirdik və onların qarşısını ala bilmədik. Cavab oyununa qədər gücümüzü toparlamağa çalışacağıq. Baxmayaraq ki, bu, çox çətin olacaq. Amma mən komandama inanıram. İkinci oyundan sonra vəziyyəti dəyişə bilərik”.
Xatırladaq ki, "Sabah"la "Makkabi" arasında cavab oyunu avsustun 1-i Bakıda keçiriləcək.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər