Medianın İnkişafı Agentliyinin layihəsi
Hazırkı yay transfer pəncərəsində legioner həyatı yaşayan bir çox futbolçularımız klublarından ayrılıblar və vətənə qayıdıblar. Onlar yerli klublarımızla müqavilə imzalayıblar. Bunların arasında Ramil Şeydayev, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev və digər futbolçularımız var.
Bəs yerli futbolçularımızın xarici klublarda möhkəmlənə bilməməsininin hansı səbəbləri var? Niyə onlar klublarından ayrıldıqdan sonra digər bir xarici kluba transfer olunmaqda çətinlik çəkirlər? Bu kimi suallarımıza cavab tapmaq üçün futbol menecerləri ilə söhbətləşdik.
Məsələnin bir neçə tərəfinin olduğunu bildirən Erkin İbrahimov faciəvi bir durumun olmadığını deyib: “Fərqli misallar var. Məsələn, Krivotsyuk. Antonu azərbaycanlı saymaq olarsa, o xaricdə daha da möhkəmlənir. Bütün hallar fərqlidir. Kimsə maaş almır, kimsə rəqabətə dözmür. Bu mövzuya bir tendensiya kimi yanaşmaq olmaz. Həmdə ki, nə qədər də olsa, geriyə dönməklərinə yol var. Görürlər ki, “WhatsApp”a daxil olanda ən pis halda 3-4 Azərbaycan klubu yazır. Əsas odur. Əvvəl Gürcüstanda da elə idi. İndi Gürcüstanda da maaş artır, fubolçular xarici klublara daha az meyl etməyə başladılar. Bu insanın təbiətidir. Burada faciəvi bir şey görmürəm”.
O, Azərbaycan millisinin əsas üzvlərinin ölkə çempionatında oynamasına da toxunub: "Belə anlayıram ki, gələn mövsümdən çempionatımızda legioner limiti 8/3 olacaq. Bu halda vəziyyət fərqli olacaq. Deyə bilmərəm ki, bu qərar düzdür, ya yox. Bu haqda elmi iş araşdırıb yazmaq lazımdır. Çünki hər kəsin öz fikri var və tam doğru proqnoz vermək olmur. Hər zaman belə olub. Sadəcə 15-20 il yığmada oynaya biləcək futbolçu topluğumuz varsa, onların əksəriyyəti ölkəmizdə oynayır. Eşitdiyimə görə, millinin yeni baş məşqçisi Fernandu Santuşa 1.5-2 milyon ödəyiblər. Belə bir sual yaranır ki, bu, bizə lazımdırmı?”
Mütəxəssis futbolçularımızın xarici klublarda çıxış etməsi üçün atılmalı olan addımlardan da danışıb: “Əsas istək olmalıdır. Adamda istək olanda hər şey mümkündür. Biz bunu bir çox misallarda görürük. Mən Latviyadakı futbolçularımızla əməkdaşlıq edirdim. Tural Bayramlı, Ramin Nəsirli - bunlar Azərbaycanda çox da tanınmırdılar. Amma Latviyaya getdilər, orada özlərini sübut etdilər. Bu cür futbolçular gedəndən sonra artıq Latviya klubları deyir ki, daha bir azərbaycanlı varsa, göndər. Sadəcə gedib baş çıxara biləcək adamlar azdır. Nələr etmək lazımdır, onu deyim. Mən görürəm ki, bir çox futbolçularımız xarici menecerlərlə müqavilə bağlayır. Çoxu uşaqdırlar, aldanırlar. Sonra da müqavilə vaxtı gələndə futbolçu hansısa kluba keçir, oradan da xarici menecer peydə olur ki, mənim faizimi ver. Heç kimlə müqavilə bağlamasınlar. Ümumiyyətlə, mən həmişə deyirəm ki, heç kimlə müqavilə bağlamasınlar. Azərbaycan onsuz da balaca yerdir, kim heyətinə qatmaq istəsə, qatar. Xaricdən də görən əlaqə saxlayar. Və yaxud elə bir menecerdirsə ki, özü təklif gətirir, o başqa şeydir. Ümumiyyətlə, aldanmasınlar. Nə meydanda aldanmasınlar, nə də bu cür oyunlara”.
Digər futbol meneceri Vaqif Heydərli məsələnin bir səbəbə bağlı olmadığını vurğulayıb: “Azərbaycanlı futbolçuların xaricdə möhkəmlənməməsinin bir çox səbəbləri var. Birində xarakter problemidir, birində futbol səviyyəsi problemidir, digərində başqa problemdir. Ən əsas da səbəb odur ki, bizim futbolçuları qəbul etmirlər. Biz özümüzü qəbul etdirə bilməmişik. Özümüzü futbol ölkəsi kimi təsdiqləməliyik ki, futbolçular eyni səviyyədə və ya az fərq olanda, bizim futbolçuların yerinə digər özünü təsdiq etmiş ölkələrin futbolçularına üstünlük verməsinlər. Bəzi ölkələri öncədən tanıdıqları üçün, oradan olan futbolçuların şansı daha çox olur”.
O, futbolçularımızın xaricdə oynamasının millimizə təsir edəcəyini qeyd edib: “Əlbəttə ki, bizim əsas problemlərimizdən biri milli komanda ilə bağlıdır. Tək bizim milli yox, bütün milli komandalara aiddir ki, nə qədər xarici klublarda, daha səviyyəli çempionatlarda oynayan futbolçular olarsa, milli komandanın səviyyəsi də bir o qədər artar”.
V.Heydərli peşəkar akademiyaların yaradılmasının lazım gəldiyini və futbolçuların öz üzərində daha çox işləməli olduğunu vurğulayıb: “Demək olmaz ki, günah və ya səbəb bir istiqamətdədir. Bu gün bizdə ilk problem kimi uşaq futbolunu, akademiyaları görürlər. Bu məsələ də bir-birinə zəncirvari bağlıdır. Futbolda xırda məsələlər yoxdur. Peşəkar akademiyalar olmalıdır ki, daha çox peşəkar futbolçu yetişsin, rəqabət daha çox olsun, futbolçular öz üzərlərində daha çox işləsinlər, inkişaf etsinlər. Həmin menecerlər də onları daha yaxşı klublara təqdim edə bilsinlər, əllərində material olsun. O zaman avtomatik olaraq xarici klubların bizim futbolçulara marağı daha çox olacaq”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır