"Oyunu şərh etmək çox çətindir. Matçı iki hissəyə bölməliyik. Qırmızı vərəqəyə qədər olan hissə və ondan sonra. Qırmızı vərəqəyə qədər hər şey istədiyimiz kimi keçirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif"lə cavab matçından sonra mətbuat konfransında deyib.
İlk oyunda 1:0 hesablı qələbə qazanan "Zirə" bugünkü matçda (1:2) penaltilər seriyasında uduzaraq (4:5) Avropa Liqasında mübarizəni dayandırıb.
R.Sadıqov oyunu belə şərh edib: "Qapımızda təhlükəli hücum imkanı vermirdik. Hesabda da irəlidə idik. Rəqib daha böyük qüvvə ilə irəli atılırdı. Bu dəqiqələrdə daha təmkinli oynayıb, əks-hücumda hesabı artırmaq istəyirdik. Təəssüflər olsun ki, heç nədən qırmızı vərəqə aldıq. İlk yarının sonlarında rəqibin üzərimizdə böyük üstünlüyü yarandı. İlk hissədən sonra müəyyən dəyişikliyə getdik. Uşaqlar yaxşı, əzmkar mübarizə apardılar. Təhlükəli də olurduq. Məyusedici məqam odur ki, rəqibə epizod vermədən qol buraxdıq. İkisi də ən çox çəkindiyim ikinci mərtəbədən oldu. Oyun epizodundan isə qol imkanı vermədik. Məyusuq. Amma məğlubiyyət bizim böyüməyimizə səbəb olacaq. Düşdüyümüz vəziyyəti düzgün təhlil etsək, təbii ki. Uşaqlarla qürur duydum. 10 nəfərlə mübarizə aparmaq çox çətin idi. Qol epizodu vermirdik. Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq".
Baş məşqçi Junioru meydana buraxmaması ilə bağlı sualı da cavablandırıb: "Dayaq yarımmüdafiəçimiz Hacıağa idi. İlk dəqiqələrdən Zebli və Hacıağa ilə başlamağa qərar verdik. Bəzi rotasiyalar etmişdik. Hər şey qaydasında gedirdi. Sadəcə qırmızıdan sonra qopdu. Rəqibin oyun fəlsəfəsi asmalar, uzun ötürmələr idi. Ona görə də, 5-3-1 sisteminə keçdik ki, hesabı qoruyaq, əks-hücumda rəqibi tutaq. Əslində oyunu penaltilərə qədər daşıdıq. Qalib gəlsəydik, dəyişiklərin effektiv olduğundan danışardıq".
R.Sadıqov hakimlikdən razı qalmadağını da bildirib: "Danışacam, deyəcəklər hakimlikdən danışır. Hamı hiss edirdi ki, hakimin rəqibə simpatiyası var idi".
"Zirə"nin çalışdırıcısı "Qəbələ"nin sabiq üzvü, "Şerif"ə keçən Əyyub Allaşı transfer etməyə maddi imkanları çatmadığını da qeyd edib: "Narahat olduğumuz məqamlardan qol buraxdıq. İlk qol ani diqqətsizlikdən oldu. Qismətdir. Biz Allaşı istəyirdik, imkanımız çatmadı onu alaq. Amma bir qol, bir assist etdi, sonda da penaltini vurdu".
R.Sadıqov bugünkü oyunda qırmızı vərəqə alan Salifu Sumanın cəzalanacağını da deyib: "Təbii olaraq. Epizoda baxmamışam. Günahı varsa, böyük cəza alacaq".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir