"Borussiya"da baş məşqçi vəzifəsinə əsas namizəd bilindi

"Borussiya"da baş məşqçi vəzifəsinə əsas namizəd bilindi
DÜNYA FUTBOLU 13 İyun 2024 / 20:04 3362
-  A +

Dortmund "Borussiya"sının baş məşqçisi vəzifəsinə əsas namizəd müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, komandada köməkçi məşqçi olan Nuri Şahinin namizədlər arasında favorit olduğunu bildirib.

Nuri Şahin 2023-cü ilin dekabrında çalışdırdığı "Antalyaspor"dan ayrılıb və "Borussiya"ya keçib.

Xatırladaq ki, Dortmund klubu bu gün baş məşqçi Edin Terziçlə yolları ayırdığını açıqlayıb.


Son xəbərlər