“Dünən bu barədə mətbuata məlumat verildi. AFFA İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirildi. İclasda yeni baş məşqçi təyinatı reallaşdı”.
QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
Bu gün milli komandamızın yeni baş məşqçisi Fernandu Santuşun təqdimatında çıxış edən assosiasiya rəsmisi portuqaliyalının geniş təqdimata ehtiyacı olmadığını bildirib: “Ümumi olaraq, Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur. Çünki dünyaca tanınmış məşqçidir. Müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisində layihəni həyata keçirərək, 2014-cü ildə komandanı DÇ-yə çıxarıb. Portuqaliya millisi ilə birgə isə Avropa çempionu olub. Təyinat zamanı bir sıra məqamları nəzərə aldıq”.
S.Hacıyev portuqaliyalı mütəxəssisin qarşısına qoyulan məqsədlər barədə bunları söyləyib: “Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərməkdir. Bunun üçün qarşıdakı illər ərzində işlər görəcəyik ki, istədiyimiz nəticəni əldə edək. AFFA rəhbərliyinin Santuşa, onun da bizə inam var. Danışıqlar prosesində bunu müşahidə etdik. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə ediləcək”.
S.Hacıyev “uğurlu çıxış” dedikdə nəyi nəzərdə tutması barədə sualı belə cavablandırıb: “Rəqibdən asılı olmayaraq milli meydana qələbə üçün çıxmalıdır. Santuş məğlubiyyəti qəbul etmir. Amma yer aldığımız qrupların reallığını da qəbul etməliyik. Elə qrup ola bilər ki, biz ancaq birinci yer üçün oynamalıyıq. Elə komandalarla qrupa düşərik ki, reallığı nəzərə almalıyıq”.
Sərxan Hacıyev Fernandu Santuşun son iş yerlərində olduğu kimi, Azərbaycan millisindən də tez ayrılacağı halda böyük məbləğdə təzminat almaq ehtimalı barədə danışmayıb: “Müqavilənin bəzi hissələrini açıqlaya bilərik, bəzi hissələrini yox. Maliyyə tərəfini açıqlamırıq. O ki qaldı Polşa millisində və "Beşiktaş"dakı işlərinə... Həmin komandalardan ayrılmağının da müəyyən səbəbləri var. Ola bilər ki, səbəbləri dəqiq bilmirik. Sırf bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin komandadan ayrılması normaldır. Müqaviləmiz üç illikdir, bir il də artırılma şərtilə. Təzminat, məbləğ məsələsini açıqlaya bilmərik".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir