“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal klubun rəsmiləri ilə görüşüb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel, Asif Əsgərov, Rafiq Şahverdiyev, Nazim Quliyev və baş məşqçi Qurban Qurbanovu qəbul edib.
Fəxri prezidentə komandanın 2023/24 mövsümündə qazandığı Azərbaycan Premyer Liqasının çempionluq kuboku və Azərbaycan kuboku təqdim olunub. A.Gozal komandanın avrokuboklarda uğurla çıxış etməsi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olması münasibətilə klubumun rəhbərliyi, baş məşqçisi, texniki heyəti, futbolçuları və uğurlarda əməyi keçən bütün əməkdaşlarını təbrik edib. Fəxri prezident komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb. O, indiyədək olduğu kimi, bundan sonra da “Qarabağ”a lazım olan maddi və mənəvi dəstək verəcəklərini, komandaya inamını da dilə gətirib.
Yuxarı
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı