"Çox sevindirici haldır ki, Olimpiada lisenziyası ilə Vətənə qayıtdıq".
QOL.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək "Paris-2024"ə lisenziya qazanan Azərbaycan boksçusu Malik Həsənov jurnalistlərə açıqlamasında deyib.
63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarış olduqca rəqabətli keçib: “Mənim çəkimdə 80-ə yaxın ölkənin boksçusu mübarizə aparırdı. Ən güclü beş idmançı Olimpiadaya vəsiqə qazanacaqdı. Dörd döyüşdə qələbə qazanıb, lisenziyanı təmin etdim. Qarşıma qoyduğum məqsədə nail oldum. İndi məni növbəti hədəflər gözləyir. "Paris-2024"də tarix yazmaq, qızıl medal qazanmaq arzusundayam”.
Qeyd edək ki, bundan başqa Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam