İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu, "Real"dır. Madrid təmsilçisi La Liqanın 33-cü turunda "Kadis"ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə yüksəldib. "Real"ın ən yaxın izləyicisi "Barselona" isə "Jirona"ya məğlub olub - 2:4. Bu görüşdən sonra "kral klubu" çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin baş məşqçisi olduğu komanda turnirin başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Beləliklə, "Real" tarixində 36-cı dəfə ölkə çempionu tituluna yiyələnib.
Qeyd edək ki, "Jirona" qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. "Barselona" isə 73 xalla 3-cü pilləyə enib.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var