Ozan Can sarı vərəqə aldı, komandası uduzdu

Ozan Can sarı vərəqə aldı, komandası uduzdu
DÜNYA FUTBOLU 4 May 2024 / 09:58 688
-  A +

Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda 37-ci turda səfərdə “Helmond Sport”la qarşılaşıb. Görüşdə "Eyndhoven" 0:2 hesabı ilə uduzub.

Ozan Can da bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.25 yaşlı yarımmüdafiəçi 87-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda “Eyndhoven” 40 xalla 15-cidir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner