"Real" Marselonun oğlu ilə müqaviləni uzatdı

"Real" Marselonun oğlu ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 2 May 2024 / 16:22 2769
-  A +

“Real” sabiq futbolçusu Marselonun oğlu Entso Alveşlə müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə Marselo öz İnstaqram hesabında paylaşım edib.

Mərkəz hücumçusu ilə 2026-cı ilin yayına qədər olan müqavilə daha bir illik artırılıb. 

Oğlunu təbrik edən Madrid klubunun sabiq kapitanı yazıb: “Oğlumu daha bir məqsədə nail olması münasibətilə təbrik edirəm! Sevinc, iş və məsuliyyət”.

15 yaşlı futbolçu İspaniyanın U-15 millisində də çıxış edir.

Qeyd edək ki, Braziliya millisinin üzvü olmuş Marselo 2007-2022-ci illərdə “Real”da oynayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner