Rusiya millisi üçün yeni rəqib

Rusiya millisi üçün yeni rəqib
DÜNYA FUTBOLU 2 May 2024 / 15:58 2568
-  A +

Rusiya millisi daha 1 yoxlama oyunu keçirəcək.

QOL.az Rusiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, komanda iyunun 7-də Belarusla qarşılaşacaq. Görüş Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda olacaq.

Bundan əvvəl Rusiya və Belarus yığmaları dörd dəfə üz-üzə gəlib. Son görüş 2015-ci il iyunun 7-də keçirilib və Rusiyanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya milli komandası və Rusiya futbol klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner