Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan məktəblərində fiziki tərbiyə fənninin tədrisi, uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin akrobatika gimnastikası üzrə məşqçi-müəllimi, SSSR-i idman ustası Elçin Seyfullayevdir.
O, əvvəlcə çalışdığı məktəbdəki idman bölmələri haqqında və məşq prosesləri barədə danışıb: "Mən 1991-ci ildən 13 nömrəli məktəbdə akrobatika gimnastikası bölməsində məşqçi işləyirəm. Bu müddət ərzində bizim məktəb bir çox dünya, Avropa çempionlarını yetişdirib. Bununla bərabər bizim idman məktəbində 7 idman bölməsi fəaliyyət göstərir – cüdo, boks, badminton, akrobatika gimnastikası, qilincoynatma, tennis və stolüstü tennis. Bu bölmələrdə bizim məktəbin əməkdar, "Tərəqqi" medalı almış məşqçiləri öz peşəkarlıq və ustalıqları ilə idmançılarımızın Avropa və dünya arenalarında yüksək nəticələr qazanmaqları üçün böyük əmək və səy göstərirlər".
E. Seyfullayev məşqlərin keyfiyyətini yaxşı qiymətlərdiyini qeyd edib: "Ümumilikdə deyə bilərəm ki, bütün bölmələr üzrə məşqlərin keyfiyyətini yaxşı qiymətləndirmək olar. Məşqçilərimiz ibtidai hazırlıq qrupu, təlim-məşq qrupu, idman təkmilləşmə və yüksək idman ustalığı üzrə öz məşqlərini aparırlar. Bu qruplara yaşa uyğun olaraq dərs yükü verilir və məşqlər tədris qrafiki üzərində keçirilir".
O, uşaqların dərslərə, məşqlərə marağının artırılması üçün fərqli yarışların keçirilməsinin lazım gəldiyini bildirib: "Məşqlərimizin maraqlı keçməsi üçün məktəb rəhbərliyi tərəfindən məktəbdaxili yarışlar, birinciliklər təşkil olunur. Bu yarışlarda fərqlənmiş idmançılarımız rəhbərlik tərəfindən diplom mükafatları ilə təqdim olunurlar. Bundan əlavə bizim öz məktəbimizin yetirmələri, yığma komandanın üzvləri mütəmadi olaraq bizim məşqlərə dəvət olunurlar və onlar bizim məşqlərdə uşaqlarla, gənclərlə öz bilik və bacarıqlarını bölüşürlər. Qeyd etmək istərdim ki, federasiya tərəfindən də bizə yığma komandanın məşqçiləri göndərilir ki, bizim məktəbə masterklass keçsinlər. Bu faktorlar gələcək yarışlarda nəticələrin daha da yaxşı və mükəmməl olmasına böyük kömək göstərir".
E.Seyfullayev çalışdığı məktəbdəki idman zallarının durumundan razı qaldığını qeyd edib: "Məktəbimizdə 8 idman zalı, 2 idman meydançası və 1 trenajor zalı fəaliyyət göstərir. Bunların durumunu qənaətbəxş hesab etmək olar".
E. Seyfullayev akrobatika gimnastikasında və digər idman növlərində olan uğurlardan söz açıb: "Tələbələrimiz akrobatika gimnastikası üzrə Bakı birinciliyində, Respublika çempionatında, Avropa və dünya çempionatlarında uğurla çıxış edirlər. Qeyd etmək istərdim ki, başqa idman növlərində də idmançılarımız Avropa və dünyamiqyaslı yarışlarda yüksək nəticələrə nail olublar. Azərbaycan idman ölkəsi hesab olunur. Ölkə prezidentimizin idmana olan qayğısı, diqqəti nəticəsində idmana olan maraq böyükdür. Ümumiyyətlə, akrobatika gimnastikasına olan maraq barədə danışsaq, deyə bilərəm ki, idman gimnastikadan başlayır. Bu söz elə-belə deyilməyib. Hətta dünya fəlsəfəsində belə bir deyim var ki, siz övladınızı gimnastikadan başqa bir idman növünə qoysanız, yüksək nəticə əldə edə bilərsiniz, amma başqa idman növündən keçib gimnastikada bu nəticəni əldə edə bilməzsiniz. Bununla da hesab edirəm ki, hər bir valideyn kiçik yaşlardan övladını onun təkcə peşəkar idmançı kimi deyil, xüsusi ilə də sağlam insan kimi böyüməsi üçün düzgün istiqamətləndirməlidir".
O, akrobatika gimnastikasının hamıya uyğun və vacib idman növü olduğunu bildirib: "Akrobatika gimnastikası həm qızlar, həm oğlanlar üçün nəzərdə tutulmuşdur. Ölkəmizdə belə bir anlayış var ki, gimnastika incə idman növü hesab olunur və buna görə də daha çox qızlar bu idmanla məşğul olmalıdırlar. Ancaq bu heç də belə deyil. Çünki gimnastikanın bir çox növü var ki, oğlanlar və qızların fiziki göstəricilərinin yüksəlməsi üçün böyük əhəmiyyət daşıyır. Məktəbimizdə ən böyük bölmə cüdo bölməsidir. Hətta bu idman növünün peşəkar məşqçi-müəllimləri məsləhət görürlər ki, uşaqlar ilkin mərhələdə akrobatika gimnastikası ilə məşğul olsunlar, daha sonra onlara müraciət etsinlər. Belə olduqda uşaqlar digər idman növlərini daha tez mənimsəyirlər və yüksək nəticələr göstərə bilirlər".
Həmsöhbətimiz gənclər arasında idmana olan marağı daha da artırmaq üçün atılmalı olan addımlardan danışıb: "Belə düşünürəm ki, məktəblər, yeniyetmələr və gənclər arasında idmanın səviyyəsini artırmaq üçün məktəb rəhbərlərin nəzarəti altında gənclərin öz idman təşkilatları və tədbirləri keçirilməlidir. Bundan başqa idman gününə həsr olunmuş müxtəlif idman növləri üzrə festivalların keçirilməsi, məktəblərdə müəyyən idman tədbirlərin təşkili zəruri hesab oluna bilər".
E. Seyfullayev bildirib ki, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq üçün idman daha çox təbliğ olunmalıdır: "Uşaqları, yeniyetmələri pis vərdişlərdən uzaqlaşdırmaq üçün ən yaxşı addım, onlar arasında təbliğat aparmaqdır. Məktəblərdə, bağçalarda, universitetlərdə... Bundan əlavə, uşaqları idman yarışlarına cəlb etmək gərəkdir. Gənclər idman zallarında mütəmadi olaraq məşqlərinin davam etdirməlidirlər".
E. Seyfullayev tələbələrlə sağlamlıq və gələcək haqda müzakirələr, söhbətlər etdiklərini deyib: "Tələbələrlə söhbətlərimiz əsasən sağlamlıqla bağlıdır, onların bədən quruluşunun yaxşılaşması, gələcəkdə əsgərliyə hazır olmaqları üçün düzgün istiqamət verməkdən ibarətdir. Bunun da ən yaxşı yolu idmanla məşqul olmaqdır ki, nəticədə pis vərdişlərdən uzaq olsunlar".
Həmsöhbətimiz valideynlərlə aparılan söhbətlərin gənclərin inkişafı üçün mühüm rol oynadığını qeyd edib: "Bizim valideyn qruplarımız var. Məşqdən əvvəl və sonra bizimlə sırf məşq barəsində danışırlar. Uşaqların məşq vaxtı, nəticələri haqda soruşurlar. Onlar qrup halında təşkil olunmuş idman tədbirlərində əsas rolu oynayırlar. Valideynlər bizə bu barədə çox kömək edirlər. Məşqlərə qəbul zamanı valideynlərlə söhbətlər olur. İdmanın, gimnastikanın faydalarından və idmanın gələcəkdə uşaqlarının sağlam, güclü olması üçün vacibliyindən söhbətlərimiz gedir".
E. Seyfullayev son illərdə gimnastikanın inkişafından da danışıb: "Ölkəmizin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın gimnastika idman növünə qayğısı və dəstəyi nəticəsində gimnastika daha da sevilmişdir. Xüsusilə gimnastika idman növləri üçün Milli Gimnastika Arenası, rayonlarda bir sıra idman kompleksləri inşa ediliib. Bundan başqa idmançılarımızın təkmilləşməsi və daha da peşəkarlaşması üçün ölkəmizə xarici mütəxəssislər dəvət olunub və idmançılarımız onların təcrübəsindən yararlanıblar. Qeyd etmək istərdim ki, Milli Gimnastika Arenasında dünya standartlarına uyğun mötəbər yarışlar keçirilir. Bu da gimnastikasevərləri daha da sevindirir".
O, keçmiş tələbələrin daimi məktəbdəki gənclərə tövsiyələr verdiklərini qeyd edib: "Uğur qazanmış idmançılarımızın çoxu bizim məktəbin yetirmələridir. Onlar da mütəmadi olaraq məşqlərimizə gəlirlər və uşaqlarla, gənclərlə öz tövsiyələrini verirlər, onları motivasiya edirlər".
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır