“İlk 10-12 dəqiqədə sanki komandada çaşqınlıq var idi. Hər şey yerinə oturandan sonra rəqibin 1-2 dəfə əks hücum şansı oldu. Oyuna nəzarəti ələ keçirəndən sonra rahatlaşdıq. Lakin rəqib qapısı qarşısında təhlükə yarada bilmirdik. İkinci hissədə daha ürəkli oynadıq. Ümumilikdə pis çıxış etmədik. Yaxşı kluba qarşı oynayırdıq. “Zirə” müdafiədə çox gözəl oynayır. Statistika da bunu göstərir”.
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 30-cu turunda “Zirə” ilə 0:0 hesabı ilə heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, növbəti matçlarda da sumqayıtlı azarkeşlərdən dəstək gözlədiklərini bildirib: “Komanda bu gün pis oynamadı. Vəziyyət pis deyil, turnir cədvəlində də mövqeyimiz yaxşıdır. Azarkeş olsaydım, yenə də növbəti matça da gələrdim. Bu, futbol naminədir. Azarkeşlərin çox gəlməsi futbolçular üçün motivasiyadır. Hesabı kənara qoysaq, azarkeşləri üzəcək heç nə etmədik. Oyunda gərginlik var idi, hücumlar edirdik. Uduza da bilərdik. Azarkeşlər pis gündə də yanımızda olmalıdır”.
S.Abasov son 2 turda hakimlərin “Sumqayıt”a kömək etmələri barədə səslənən fikirlərə belə münasibət bildirib: “Son 2 oyunda baş verən proseslərin bizim kluba heç bir aidiyyəti yoxdur. Buna görə üzərimizə yetərincə təzyiq gəldi. Mən ümumiyyətlə, bu haqda danışmaq istəməzdim. Kimlər nə deyir, onlara cavab vermək istəməzdim. Jurnalistlər sağ olsunlar, onların cavablarını verirlər. Hansısa jurnalist desə ki, hakimlər “Sumqayıt”a kömək edir, bax o zaman bu ittihama cavab verməyə hazıram. Digər şəxslərə isə cavab vermək, polemikaya girmək istəmirəm. Mətbuat həmin insanların cavabını məndən də yaxşı verib”.
O, bu günə qədər qazandıqları nəticələri öz zəhmətləri ilə əldə etdiklərini söyləyib: “Bizi heç kim olduğumuz yerə gətirib otuzdurmayıb. Gəlin öncəki 2 turdakı qarşılaşdığımız rəqiblərlə mövsümdə keçirdiyimiz 4 oyuna nəzər salaq. Hansı ki həmin 2 komandadan üstünük. Bizi heç kim 2-ci, 3-cü, 4-cü yerdə otuzdurmayıb. Qışdan sonra “Qarabağ”la matça qədər qədər uğurlu seriya yaxalamışdıq. İddia edirlərsə ki, hakimlərin səhvlərinin bizə xeyri olub, biz də nəyisə ortaya qoya bilərik. Məsələn, niyə Roi Kehatın qolu hesaba alınmayıb. Bəli, rəqiblər həftə boyu hakim səhvlərini göstərdilər. Amma sağ olsunlar ki, bunu bizimlə əlaqləndirməlidilər. Bu söhbətləri bitirmək lazımdır”.
Mütəxəssis ilk hissənin sonunda hakimlə aralarında yaşanan narazılığa da aydınlıq gətirib: “Mübahisə meydandakı epizodlara görə oldu. Mən bu mövsüm mətbuat konfranslarında hakimlərə qarşı mülayim davranmışam. Belə getsə, məni də dilə gətirəcəklər. Bu gün aldığım sarı vərəqəni həddindən artıq yersiz sayıram”.
“Sizə elə gəlmir ki, əsas rəqibləriniz mətbuatdan istifadə edərək üzərinizdə təzyiq yaratmaq istəyirlər” sualını Samir Abasov belə cavablandırıb: “Ən yumşaq formada deyirəm - biz bunu vecimizə almırıq. Bu, təmiz idman prinsiplərindən kənara çıxmaqdır. Onları çox yaxşı başa düşürəm. Oxları hansısa tərəfə fırlatmaq lazımdır. Həmin klubların rəhbərləri soruşanda ki, mən bu qədər pul verirəm, qarşılığında niyə 3-4-cü yerdəsiz, nəsə deməlidilər. Bunu siz jurnalistlər də yaxşı başa düşürsünüz. Mən də, futbolçularım da bu təxribata cavab verməyəcəyik. Bu gün gəldiyimiz yer oyunumuzla əlaqədardır. Yox, hakimlərin sayəsində bu yerdəyiksə, onda belə çıxır bu günə qədər “Sumqayıt”ın oyununu tərifləyənlər də yalançıdırlar”.
Mütəxəssis özünün və köməkçilərinin tez-tez hakimlər tərəfindən cəzalanmasına da toxunub: “Biz məşqçilər oyunların videoyazısı üzərində analiz apardığımız kimi, hakimlərdə də belə analizlər olur. Hakimlər analizləri bizim üzərimizdə aparırlar. Bu da hakimlərə fürsət verir. Kimsə düşünür ki, nəyə görə Samirə, Seymura görə mənə söz desinlər? Ona görə bizim matça təyinat alan kimi dərhal sarı vərəqə ilə cəzalandırırlar. Hakimlər özləri deyir ki, hər analizdə siz varsınız. Hətta hakimlər klublarda seminarlara gedəndə belə bizi göstərirlər. Məhz buna görə bu qədər asanlıqla vərəqə alırıq”.
“Sumqayıt”ın baş məşqçisi bu mövsüm 4 oyunun heç birində “Zirə”yə qol vura bilməmələri barədə də danışıb: “Dünya futbolunda belə nəticələr olur. Amma bu, sindromdan irəli gələn bir şey deyil. Bu cür vəziyyətlərə öyrəşməliyik. Mən deyəndə ki, gələcəyin komandasını qururuq, məhz bu cür məqamları nəzərdə tuturuq. Nərdivanda 10 pillə varsa, biz hələ ikincidəyik. Bizim futbolçular bu gün yaxaladıqları epizodları Rəhim Sadıqov, yaxud Emin Mahmudov kimi dəyərləndirə bilmirlər. Amma zaman gələcək, onlardan da yaxşı olacaqlar”.
“Uğurlu çıxışın qarşılığında büdcənizim artırılması nəzərdə tutulubmu?” sualının cavabında Samir Abasov deyib: “Azaltmasınlar, artırmaq istəmirik (gülür). Açığı, bu barədə düşünməmişik. Hər hansı bir söhbətimiz də olmayıb”.
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev
"Komandada çaşqınlıq var idi" - Rəşad Sadıqov
"Sumqayıt" - "Qəbələ": Heyətlər açıqlandı
Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyir
Azərbaycana millilərinin toplanışı başladı
"İnter" üçün ağır xəbər
Neymardan açıqlama: Karyerasını başa vura bilər
"Turan Tovuz" - "Zirə": Heyətlər
Misli Premyer Liqası bundan sonra 2 kanalda - Rəsmi
Azərbaycanda bu federasiyanın adı dəyişdirildi
"Yuventus"un yeni formaları - Şəkillər
Azərbaycan klubunda 27 yaşlı baş məşqçi
AFFA bölgə klubunun baş məşqçisini cəzalandırdı
FİFA Qəzzada futbol layihələrinə yatırım edəcək
"İnter" UEFA-ya şikayət etdi
13 il, 80-ci qol
Azərbaycan boksçuları üçün ilin ilk beynəlxalq sınağı
PSJ və Mbappe arasındakı qalmaqalda yeni irəliləyiş
Kante: "Qələbə qazanacağımıza inanmalıyıq"
Tedesko: "Məğlubiyyətə layiqik"
Azərbaycan çempionatında medal görüşləri başlayır
Qrizmann Anrini geridə qoydu
Millimiz Moldova ilə qarşılaşacaq
Azərbaycan millisi Özbəkistanla üz-üzə
"Samsunspor" "Şkendiya"ya belə qalib gəldi - Video
"İmişli"də yeni yarımmüdafiəçi
Azərbaycan UEFA reytinqində gerilədi
"Fənərbaxça"nın buraxdığı 3 qol - Video
Əliyar Ağayevdən 1 qırmızı, 2 sarı vərəqə