"Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın tanınmış “İzvestiya” qəzetinə geniş müsahibə verib.
QOL.az xəbər verir ki, 32 yaşlı futbolçu Ağdam klubu ilə bağlı bir sıra suallara da cavab verib. O, Avroliqada gərgin qrafikdə oynamış komandasının bu mövsüm Premyer Liqanın bitməsinə 8 tur qalmış çempionluğu necə təmin etməsi barədə sualı cavablandırarkən deyib:
“Düşünürəm ki, bu, işə düzgün yanaşma ilə bağlıdır. O mənada ki, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılıb. Sıx təqvimə və digər məsələlərə baxmayaraq… Bir çox rəqib buna hazır deyildi. Bu məsələ məşqçilər korpusunun düzgün sözləri, motivasiyası, kadrların rotasiyası baxımından səriştəli yanaşma da öz təsirini göstərdi”.
Lunyov həmçinin komandasının həkimlərinin fəaliyyətini də vurğulayıb: “Həkim heyətinin məşqçilərlə birgə əməyini qeyd etmək istərdim ki, onlar bizi bacarıqla hər matça optimal vəziyyətə saldılar. Əlbəttə, futbolçuların özlərinin peşəkarlığını, işə yanaşmasını da qeyd etməliyəm. Biz hər oyuna motivasiyalı, yalnız qələbə qazanmaq arzusu ilə çıxırdıq. Bütün bu amillər nəticəyə təsir etdi. Ola bilsin ki, bunda rəqiblərin rəqabət yaratmaq problemləri də rol oynayıb. Amma onların adından danışmaq çətindir. Çempionatın son səkkiz oyununda (müsahibə Premyer Liqanın 29-cu turundan əvvəl götürülüb - red.) mümkün qədər çox xal toplamalıyıq. Eləcə də qarşıda hələ Azərbaycan kubokunun təkrar yarımfinal matçı var. Mövsümü iki kubokla başa vurmaq əla olardı”.

O, komandasının Rusiyanın istənilən klubu ilə oynamaq gücündə olduğunu da deyib: “Qarabağ”ın bu mövsüm ən yaxşı oyunlarını, Avropa Liqasının pley-off matçlarını götürsək, o zaman düşünürəm ki, istənilən Rusiya Premyer Liqa klubu ilə asanlıqla oynaya bilərdik. O başqa sualdır ki, nəticə necə olardı. Amma bütün Rusiya klublarına qarşı əsl mübarizə aparardıq. Əgər oynadığımız futbola baxmısınızsa, başa düşəcəksiniz ki, bunu bacararıq”.
Lunyov yenidən TOP liqalarda oynamaq mövzusunun onun üçün bağlanmadığını deyib: “Ümid edirəm ki, belə bir fürsət yenə olacaq. Ancaq eyni zamanda, hər kəsin çox yaxşı bildiyi müəyyən nüanslar da var. Üstəlik yaş məsələsi. Eyni zamanda, Avropa çempionatlarında statistik rəqəmlərə baxıb görmək olar ki, orada qapıçıların orta yaş həddi neçədir. Ona görə də hər şey məndən asılı olacaq. Yenidən buna cəhd etməyi düşünürəm və ya heç olmasa ümid edirəm. Özünü göstərməli, sübut etməlisən. Onda şans olacaq”.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat